KÜLƏK ENERGETİKASI

külək enerjisini mexaniki, elektrik və istilik enerjisinə çevirmək və külək enerjisindən xalq təsərrüfatında məqsədyönlü istifadə etmək üçün nəzəri əsaslar, metodlar və vasitələr hazırlayan elm və texnika sahəsi. Energetikanın ən inkişaf etmiş və perspektiv qeyri ənənəvi variantlarından biri olub, burada ekoloji təmiz və tükənməz enerji mənbəyi küləkdən istifadə edilir. Hazırda Almaniya, İngiltərə, Hollandiya, Daniya və Amerikada daha çox inkişaf etmişdir.
KÜLƏK
KÜLƏK ENERJİSİ
OBASTAN VİKİ
Külək
Külək — havanın üfüqi istiqamətdə hərəkətidir. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Dalğa energetikası
İstənilən su hövzəsində dalğalar labüd hadisədir. Dünya okeanının dalğa gücü 2,7 mlrd kVt-la qiymətləndirilir, bu dünyada sərf olunan enerjinin 30%-ni təşkil edir. Dalğa elektrik stansiyalarının (DES) yerləşdirilməsi məqsədəuyğunluğu (faydalılığı) regional xüsusiyyətlərlə, hər şeydən öncə dalğa cəbhəsində sıxlığı, yəni vahid uzunluğa düşən dalğa cəbhəsində onun qiyməti ilə təyin olunur. Belə ki, ABŞ və Yaponiyanın sahil zonasının bir sıra sahələrində dalğa cəbhəsinin xüsusi gücü 40 kVt/m təşkil edir. Böyük Britaniyanın qərb sahillərində Hebrid adaları rayonunda daha əlverişli şərait yaranaraq bu rəqəm 80 kVm-ə çatır. DES-lərin işinin funksional prinsipi dalğanın potensial enerjisini pulsasiyanın kinetik enerjisinə, pulsasiyaları isə bir istiqamətli gücə çevirməkdən ibarətdir, bu sonradan elektrik mühərriyinin valını fırlandırır. DES-lər bilavasitə sahildə, sahilin yaxınlığında akvatoriyada və ya sahildən müxtəlif məsafələrdə açıq dənizdə qurula (tikilə) bilər. Təcrübələr göstərir ki, sahilyanı zolağın intensiv formalaşdığı sahilə yaxın akvatoriyada yerləşdirilən qurğular ətraf mühitə daha əlverişli (yaxşı) təsir göstərir. Qeyd etmək lazımdır ki, bütün bərpa olunan enerji resurslarında olduğu kimi dalğa proseslərinin də bir sıra çatışmazlıqları – enerjinin nisbətən aşağı konsentrasiyalığı, dalğa tərəddüdlərinin geniş spektrə malik olması, məkan və zaman daxilində nisbətən dəyişkənliyidir. Lakin bu qurğuların ən üstün cəhəti onun ekoloji təmizliyindədir.
Dəniz energetikası
Dəniz energetikası- dəniz energetikası akvatoriya, dəniz axınları və qabarmaların səthində baş verən dalğaların enerjisinə, həmçinin dəniz suyunun müxtəlif dərinliklərindəki temperatur və duzluluq dərəcəsi fərqinə əsaslanır. İstənilən su hövzəsində dalğa labüd hadisədir. Dünya okeanının dalğa gücü 2,7 mlrd. kVt-la qiymətləndirilir, bu, dünyada sərf olunan enerjinin 30%-ni təşkil edir.
Nüvə energetikası
Nüvə energetikası — nüvə (atom) enerjisindən elektrikləşdirmə və istiləşdirmə məqsədi ilə istifadə olunan enerketika sahəsi. Nüvə enerjisinin çevrilmə üsullarının işlənib hazırlanması müvafiq qurğuların layihələndirilməsi və onlardan praktikada istifadə ilə məşğul olan elm və texnika sahələri da nüvə energetikasına daxildir. Nüvə energetikasının əsasını AES-lər təşkil edir. Nüvə reaktorunda ağır kimyəvi elementlərin, əsasən, 235U və 239Pu izotopları nüvələrinin idarəolunan zəncirvarı reaksiyaları gedir. Uran və plutonium nüvələri bölündükdə ayrılan istilik enerjisi İES-lərdə tətbiq edilən üsulla elektrik enerjisinə çevrilir. AES-lərin əsas qurğusu istilik neytronları ilə və ya sürətli neytronlarla işləyən reaktorlardır. İstilik neytronları ilə işləyən reaktorlar quruluşça daha sadə olduğundan geniş yayılmışdır. İstilik neytronları ilə işləyən müxtəlif yavaşıdıcılı və istilik-daşıyıcılı bir çox reaktor tipləri yaradılmışdır. Lakin bu reaktorlarda təbii uran yanaçağından samərəli istifadə olunmadığından sürətli neytronlarla işləyən reaktorlar daha perspektivlidir. Onlarda ağır elementlərin nüvələri bölündükdə yeni süni nüvə yanaçağı (239Pu) yaranır.
Qazaxıstan energetikası
Qazaxıstan energetikası— Qazaxıstanda enerji və elektrik enerjisi istehsalı, istehlak və idxalı təsvir edir. Qazaxıstanın enerji siyasəti Qazaxıstanın enerji ilə əlaqəli siyasətini təsvir edir. Qazaxıstan böyük enerji ehtiyatlarına (neft, qaz, kömür, uran) malikdir və enerji dövlətidir. 2017-ci ilin sonunda Qazaxıstanda elektrik enerjisi istehsalının həcmi 103,14 milyard kVt / saat (2018-ci ilin sonunda 106,8 milyard kVt / saat [1]) təşkil etdi. Qazaxıstan elektrik enerjisinin xalis ixracatçısıdır. 2017-ci ildə elektrik enerjisi istehsalında profisit 4,53 milyard kVt / saat təşkil etmişdir. Qazaxıstan xalis enerji ixracatçısıdır. Qazaxıstanda neft, qaz, kömür və uran ehtiyatları var. Qazaxıstan Müstəqil Dövlətlər Birliyində (MDB) lider enerji istehsalçısıdır. Dünyanın ən böyük uran filizi istehsalçısı və ixracatçısı olmaqla yanaşı, əsas neft, qaz və kömür istehsalçısıdır.
Özbəkistan energetikası
Özbəkistan energetikası — Özbəkistan iqtisadiyyatının bir qolu. Enerji və kömür sənayesi ilə bağlı məsələlər Özbəkenerji ASC tərəfindən həll olunur. Əsas enerji təşkilatı — Özbəkistan Respublikası Energetika Nazirliyi. Özbəkistanda təsdiqlənmiş neft ehtiyatları 2016 -cı ilin əvvəlinə 81 milyon ton təşkil edib. Neft yataqları Qaraqalpaq Muxtar Respublikasında və altı inzibati bölgədə tədqiq edilmişdir: Kaşkadərya, Buxara, Surxandərya, Namangan, Əndican və Fərqanə. Ehtiyatların əsas həcmi, ilk növbədə, ölkənin ən böyük Kokdumalak yatağı daxilində, Kaşkadarya bölgəsində cəmlənmişdir. 2016 -cı ildə Özbəkistanda 2,1 milyon ton neft və qaz kondensatı hasil edilib, 2015 -ci ildə isə 2,2 milyon ton. Çıxarılan neft xammalı strukturunda qaz kondensatının payının artmasına meyl var. Özbəkistanın 1.832.8 milyon ton həcmində sübut olunmuş kömür ehtiyatlarına malikdir, o cümlədən: qəhvəyi - 1.786.5 milyon ton, daş kömür - 46.3 milyon ton. Ehtimal olunan ehtiyatlar 323,4 milyon ton kömürdür.
Gilavar (külək)
Gilavar — il ərzində Azərbaycan şərq ərazisində, xüsusən də Abşeron yarımadasının Bakı və Sumqayıt şəhərləri, Şamaxı rayonu ərazisində əsən isti cənub küləyinin adıdır. Xəzri ilə birlikdə Abşeron yarımadasında əsən iki əsas küləkdən biridir. Əsasən yay ayları müşahidə edilir. Bununla belə ilin digər mövsümlərində müşahidəsi mümkündür. Qurudan dəniz istiqamətində əsir. Yay ayları əsdikdə havanın tempuraturunu artırır, rütubəti azaldır, insanda tənəffüsü çətinləşdirir. Qış və yaz ayları havanın temperaturunu mülayimləşdirir. Gilavar sözünün etimologiyası Azərbaycanın şərqində danışılan Tat dili ilə bağlıdır. Bu söz Tat dilindəki gilə (gilə) və var (külək) sözlərinin birləşməsindən yaranmışdır.
Katabatik külək
Katabatik külək (yun. κατάβασις, katabasis - enmə, eniş), həmçinin düşmə - yer səthinin yamaclarına (dağ keçidlərindən) aşağı yönəlmiş sıx və soyuq hava axını, həmçinin kumulonimbus buludlarında enən soyuq hava axınları. Bütün enmə küləkləri katabatik deyildir. Məsələn, fön, şinuk və ya berqvind kimi küləklər yağış kölgələrinin küləkləridir, burada dağ silsiləsinin küləkli tərəfindən qalxdıqda hava nəmini itirir və quru və isti tərəfdən enir. Katabatik külək dağların ətəyinə soyutma gətirir ki, bu da hava kütlələri endikdə adiabatik proses ilə kompensasiya olunmur. Katabatik küləklər qasırğa sürətinə çata bilər - Mak-Murdonun quru vadilərində saatda 320 km-ə qədər sürətlənir. Enən küləklər bir çox dağlıq ölkələrdə və sahillərdə də bilinir. Norveçdə belə küləklər elvequst, Rio-de-Janeyroda terre-altos, Yaponiyada iros, Kaliforniyanın cənubunda Santa-Ana küləyi adlanır. Ən çox ifadə vasitələri isə bora, buzlaq küləyi, katabatik külək, mistral və başqalarıdır. Katabatik külək havanın yaylada, dağda, buzlaqda və hətta bir təpədə radiasiya ilə soyumasından qaynaqlanır.
Külək (dəqiqləşdirmə)
Külək
Külək (superqəhrəman)
Külək dalğaları
Külək dalğaları — Dənizlər çox az hallarda sakit olur. Hətta küləklər əsməsə belə onun səthində daim yüngül xəfif dalğalar yaranır. Küləklərin sürəti yüksəldikcə dənizlərdə mənzərə ani olaraq dəyişir. Bu zaman dalğalar yüksəlir,onlar arasındakı məsaf artır. Əvvəlcə sahilə alçaq,bir-birinə paralel olan bəndlər ardıcıl sıralarla gedir. Tədricən külək güclənir, dalğalar da təpələr formasını alır. Ymaclar çökəklik və yallarla bir-birindən ayrılır, yallarda köpüklər əmələ gəlir. Köpüklər dalğaların yamaclarında zolaqlar şəklində uzanır, havaya su damcıları uçur. Köpüklər dənizi ağ rəngə boyayır. Dalğalar küləyin təsirilə yaranır (sürəti 1m/san-dən çox olduqda) və onun gücü küləyin sürətindən asılıdır.
Külək enerjisi
Külək enerjisi — küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Alternativ enerji (bərpa olunan) mənbələrindən biri hesab olunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Küləyin gücündən çox köhnə illərdən bəri faydalanırlar . Külək gücündən ilk faydalanma şəkli olaraq yelkənli gəmilər və yel dəyirmanları göstərilə bilər. Daha sonra taxıl üyüdmə, su nasosla vurma, ağac kəsmə işləri üçün də külək gücündən faydalanılmışdır. İndiki vaxtda daha çox elektrik çıxarmaq məqsədiylə istifadə edilməkdədir. Elektrik enerjisi istehsalı üçün daha səmərəli texnologiyalardan biridir. Külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən daha az vaxt sərf olunur.
Külək turbini
Külək turbini — küləyin kinetik enerjisini mexanik enerjiyə çevirən fırlanan mexanizmdir. Əgər mexanik enerji birbaşa istehsalda (nasos, bülov daşı) istifadə olunursa, o halda mexanizm yel dəyirmanı adlanır. Əgər mexanizm mexanik enerjini elektrik enerjisinə çevirərsə, onda o külək generatoru, külək turbini, aerogenerator adlanır. Külək turbinlərin tikintisi daimi olaraq sürətli küləklərə malik olan yerləri tələb edir. Bu şəraitləri analiz edəndə külək turbininin istehsal edilidiyi enerjinin miqdarını qiymətləndirmək mümkün olur. Tikiliş üçün uyğun yerləri təyin etməkdə ən çox istifadə olunan meyar – Külək Gücünün Sıxlığı KGS (ingiliscə: Wind Power Density – WPD). Bu müəyyən yerdə küləyin gücünün qiymətləndirilməsi deməkdir və hündürlükdən asılıdır. Müəyyən ərazi üçün rəngli qeydlərlə xəritələr tərtib olunur, misal üçün "İllik Orta Külək Gücünün Sıxlığı 50 metr hündürlüyündə. Turbinlər onların fırlandığı istiqamətdən asılı olaraq iki növə bölünə bilər: Horizontal istiqamətdə fırlanan turbinlər – daha yayılmış növdür. Vertikal istiqamətdə fırlanan turbinlər – nisbətən daha az istifadə olunurlar.
Xəzri (külək)
Xəzri və ya Bakı nordu – Abşeron yarımadasında və onun ətraf zonasında əsən güclü şimal küləyi. Xəzri küləyinin sürəti 10 m/san-dən çox olur, bəzən 40–42 m/san-yə çatır. Adətən, 1-3 sutka, bəzən bir həftəyədək davam edir. İldə 100 dəfəyədək təkrarlanır. Qüvvətli xəzri təsərrüfat fəaliyyətini pozur, dənizdə iri dalğalar (hünd. 10–11 m-dək), güclü axınlar yaradır, dəniz nəqliyyatına və hidrotexniki qurğulara zərər verir. Xəzri havanı kəskin dəyişdirir. Qışda havanı soyudur, bəzən çoxlu qar yağmasına, çovğuna səbəb olur, yayda havanı xeyli sərinlədir, hərdənbir yağıntı gətirir. Xəzri zamanı Bakı və Sumqayıt şəhərlərinin havası zərərli qaz və tüstüdən təmizlənir. Xəzri böyük külək enerjisinə malikdir.
Ukraynanın Nüvə energetikası
Ukraynanın nüvə enerjisi - Ukraynada energetikasının bir sahəsidir. Ukraynada 15 enerji bloku olan 4 atom elektrik stansiyası (AES) fəaliyyət göstərir, bunlardan biri ümumi quraşdırılmış gücü 6000 MVt olan 6 SSER (Su-Su Energetik Reaktoru) enerji blokluna malik Zaporojye AES-dir ki, bu da Avropada ən böyük AES sayılır. Energetik reaktorlarının sayına görə (hamısı SSER növünə aiddir) Ukrayna dünyada 10-cu, Avropada isə beşinci yerdədir. 2014-cü ilin yay-payız dövründə atom elektrik stansiyalarında elektrik enerjisi istehsalı uzun illərdən sonra, hərbi əməliyyatlar ilə əlaqədar olaraq və yanacaq çatışmazlığı (kömürün azalması) səbəbindən, yenidən ümumi istehsalın 50%-ni ötmüşdür. ; 2017-ci ildə nüvə enerjisinin payı ölkədə ümumi elektrik enerjisi istehsalının 55%-ni təşkil etmiş, AES-lərin ümumi gücü 13107 MVt olmuşdur . Belə intensiv istismara baxmayaraq, Ukraynanın nüvə enerjisi sənayesi əvəzedici güclərin təcili tikintisinə ehtiyac duyur: 2021-ci ilə olan vəziyyətə əsasən Ukrayna AES-lərinin yalnız üç enerji bloku layihə istismar müddətindən kənara çıxmamıçdır. Qalanlarının istismar müddəti uzadılmışdır. 2006-cı ildə Ukrayna hökuməti 2030-cu ilə qədər 11 yeni enerji blokunun tikintisini planlaşdırırdı . 2015-ci ilin sentyabrında Ukrayna Rusiya ilə Xmelnitski AES-nın 3 və 4-cü enerji bloklarının tikintisinə dair razılaşmanı ləğv etmişdir; Rusiya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, 2010-cu il iyunun 9-da Kiyevdə imzalanmış müqaviləyə 2016-cı il mayın 12-də xitam verilmişdir. 2021-ci ilin avqustunda Energoatom və Amerikanın Westinghouse şirkəti arasında Ukraynada beş nüvə enerji blokunun tikintisinə dair anlaşma memorandumu imzalandı; sənəd təxminən 1,1 QVt elektrik gücünə malik AP1000 layihəsinin nüvə reaktorunun tikintisi üçün Amerika şirkətinin texnologiyalarının cəlb edilməsini nəzərdə tutur.
Amneziya adlı külək
A Wind Named Amnesia (yap. 風の名はアムネジア; azərb. Amneziya adlı külək‎) – 1990-cı ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Kazuo Yamazakidir. A Wind Named Amnesia — Internet Movie Database saytında.
Külək:Bozqurdun sirri
Külək - Bozqurdun sirri - Azərbaycanlı yazıçı Xülya Cəfərova tərəfindən yazılmış Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı Külək trilogiyasından olan sayca ikinci romandır. Bu əsərdə seriyanın ilk kitabı olan Külək - Yel kürəsinin şahzadəsi romanında təsvir olunan mübarizə fərqli məkanda davam edir. Əsərin əsas qəhrəmanı Külək artıq böyüyüb və indi təkcə vətəni Yel kürəsini yox, həm də buzların əsir aldığı anası Umayı, Mirvari planetini də xilas etməlidir. Bütün kainatı gözləyən təhlükədə isə ona ən böyük himayədarı və qoruyucusu Bozqurd, şahzadə İnci və fövqəlgüclərə malik insan - Qaya kömək edəcək. Qənirə Paşayeva, millət vəkili - Bu roman insanlara daxillərindəki superqəhrəmanı üzə çıxarmağa kömək edir. Ədəbiyyatımızda ilk milli superqəhrəman olan Külək Azərbaycan və ümumtürk dəyərlərini özündə ehtiva edir. Roman gənclərimiz üçün özünükəşfə çağırışdır.
Külək (film, 1959)
"Külək" (rus. Ветер) — inqilab mövzusunda ağ-qara lentə çəkilmiş sovet filmidir. Aleksandr Demyanenkonun kinoda ilk roludur. Hadisə Rusiyada vətəndaş müharibəsi zamanı baş verur. Ağların (ağqvardiyaçıların) ərazisində olan parovoz deposunun fəhlələri Moskvaya komsomolun birinci qurultayına adlı 3 nümayəndə göndərirlər: Fyodor (E.Bredun), Nastya (T.Loginova) və Mitya (A.Demyanenko). Moskvaya qədər gedilməli olan 1500 km yol əsasən ağların əlində olan ərazidən keçir. Yolda Fyodoru ağqvardiyaçılar həbs edirlər, lakin o, dostların, eləcə də sahibsiz uşaq və Mari adlı yüngül əxlaqlı qadının (E.Lejdey) köməkliyi ilə azadlığa qaça bilir. Mari və sahibsiz uşaq nümayəndələrə qoşulur, sonradan Mari öz həyatı hesabına yerdə qalanların hamısını xilas edir. Moskvaya kimi yalnız 2 nəfər: Fyodor və uşaq gedib çatırlar, Mitya və Nastyanı isə ağlar öldürürlər. Fyodor qurultayda çıxış edir və odlu nitq söyləyir, bolşeviklər partiyasına sədaqətə and içir.
Külək - Bozqurdun sirri
Külək - Bozqurdun sirri - Azərbaycanlı yazıçı Xülya Cəfərova tərəfindən yazılmış Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı Külək trilogiyasından olan sayca ikinci romandır. Bu əsərdə seriyanın ilk kitabı olan Külək - Yel kürəsinin şahzadəsi romanında təsvir olunan mübarizə fərqli məkanda davam edir. Əsərin əsas qəhrəmanı Külək artıq böyüyüb və indi təkcə vətəni Yel kürəsini yox, həm də buzların əsir aldığı anası Umayı, Mirvari planetini də xilas etməlidir. Bütün kainatı gözləyən təhlükədə isə ona ən böyük himayədarı və qoruyucusu Bozqurd, şahzadə İnci və fövqəlgüclərə malik insan - Qaya kömək edəcək. Qənirə Paşayeva, millət vəkili - Bu roman insanlara daxillərindəki superqəhrəmanı üzə çıxarmağa kömək edir. Ədəbiyyatımızda ilk milli superqəhrəman olan Külək Azərbaycan və ümumtürk dəyərlərini özündə ehtiva edir. Roman gənclərimiz üçün özünükəşfə çağırışdır.
Külək elektrik stansiyası
Külək elektrik stansiyası (KES) — küləyin enerjisini elektrik enerjisinə çevirən stansiya.
Külək üstü boğazı
Külək üstü (boğazı) — Karib dənizi ilə Atlantik okeanı birləşdirir. Kuba adasını Haiti adasından ayırır. Yamayka boğazının cənub-qərb davamını təşkil edir. Eni 77 km, maksimal dərinliyi 1700 m təşkil edir. Avropadan ABŞ-nin qərbinə (Panama kanalı) gedən əsas dəniz yolu üzərində yerləşir. Kubanın quantanama vilayətindən Haitinin işıqları açıq-aydın görünür.
Maksimal külək sahələri
Külək — havanın üfüqi istiqamətdə hərəkəti. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Lilqrund külək ferması
Lilqrund külək ferması (ing. Lillgrund Wind Farm) — İsveçin cənub sahillərindən 10 km aralıda, Öresund körpüsünün yaxınlığında yerləşir. Orada küləyin orta sürəti saniyədə 8–10 metr təşkil edir. Bu, İsveçdə suda yerləşən ən böyük külək elektrik stansiyasıdır. Lilqrundda Siemens tərəfindən istehsal olunmuş 48 külək turbini mövcuddur. İsveçdən olan repçi Ecco2K "Peroxide" mahnısı üçün orada klip çəkdirmişdir.
Külək: Yel kürəsinin şahzadəsi
Külək - Yel kürəsinin şahzadəsi — Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı ilk fentezi janrında roman. Azərbaycanlı yazıçı Xülya Sabirli tərəfindən yazılmış Külək trilogiyasından olan ilk romandır. Roman oxucunu yaşadığı dünyaya kənardan – Yel kürəsindən baxmağa sövq edir. Bu səyahət zamanı isə onu Külək müşayiət edir. Külək Yel kürəsini və onun mərkəzi Bakını xilas etmək üçün atası İşığa yardım eləməyə qərarlıdır. Lakin buna müvəffəq olmaq heç də asan deyil. Üstəlik, Yer kürəsinin də taleyi indi bu balaca qızdan asılıdır. Buna baxmayaraq, Külək anası Umayın nağıllarından, atası İşığın məsləhətlərindən və Simurq quşunun qorumasından güc alaraq, bu amansız yolda inamla addımlayır. Romanda Bakı şəhəri, Qız Qalası, İçərişəhər, Bayıl qalası, Atəşgah, Qobustan və digər tarixi məkanların mistik üzü oxucuya təqdim olunub. Külək (superqəhrəman)- Yel Kürəsinin şahzadəsi və romanın əsas personajıdır.
Külək - Yel kürəsinin şahzadəsi
Külək - Yel kürəsinin şahzadəsi — Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı ilk fentezi janrında roman. Azərbaycanlı yazıçı Xülya Sabirli tərəfindən yazılmış Külək trilogiyasından olan ilk romandır. Roman oxucunu yaşadığı dünyaya kənardan – Yel kürəsindən baxmağa sövq edir. Bu səyahət zamanı isə onu Külək müşayiət edir. Külək Yel kürəsini və onun mərkəzi Bakını xilas etmək üçün atası İşığa yardım eləməyə qərarlıdır. Lakin buna müvəffəq olmaq heç də asan deyil. Üstəlik, Yer kürəsinin də taleyi indi bu balaca qızdan asılıdır. Buna baxmayaraq, Külək anası Umayın nağıllarından, atası İşığın məsləhətlərindən və Simurq quşunun qorumasından güc alaraq, bu amansız yolda inamla addımlayır. Romanda Bakı şəhəri, Qız Qalası, İçərişəhər, Bayıl qalası, Atəşgah, Qobustan və digər tarixi məkanların mistik üzü oxucuya təqdim olunub. Külək (superqəhrəman)- Yel Kürəsinin şahzadəsi və romanın əsas personajıdır.